İnsanlara hürriyət, millətlərə istiqlal!

FHN: Yanğın binanın elektrik şaxtasında baş verib

1122 21.11.2025 22:41 Hadisə A A

Yasamal rayonu, Mirəli Seyidov küçəsi 19A ünvanında çoxmərtəbəli yaşayış binasında yanğın tikilinin elektrik şaxtasında baş verib və artıq tam söndürülüb.

Bu barədə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin əməliyyat növbətçisi, polkovnik-leytenant Nurlan İsayev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hadisə ilə bağlı məlumat daxil olduqdan sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Mənzillər yanğından mühafizə olunub, sakinlər isə təhlükəsiz əraziyə tam təxliyə edilib. (APA)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR