Ukrayna rəsmiləri ilə ABŞ arasında aparılan danışıqlar nəticəsində sülh planı artıq daha yaxşı görünür. Ən çətin məsələ ərazi məsələsi olaraq qalır.
Musavat.com RBC-Ukraine-yə istinadən xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski bunu Fransa prezidenti Emmanuel Makronla keçirdiyi mətbuat konfransında deyib: "Ərazi məsələsi ən mürəkkəb məsələdir, pul və yenidənqurma məsələsi - Avropa tərəfdaşlarının iştirakı olmadan həll etmək çətindir. Təhlükəsizlik zəmanətləri məsələsi isə - ABŞ və Avropadan konkret detallar vacibdir. Burada çox diqqətli olmalıyıq, amma plan daha yaxşı görünür".
O, əlavə edib ki, amerikalılarla danışıqlar zamanı ərazi məsələsi "yalnız fərdi məqamlar üzrə" 6,5 saat müzakirə edilib. Zelenskinin sözlərinə görə, ABŞ ilə danışıqlar davam edir; Vaşinqton artıq öz vizyonunu Ukrayna rəsmiləri ilə bölüşüb və indi də eyni mövzunu Moskva ilə müzakirə etmək istəyir: "Sabah nümayəndə heyətimizdən rəy alacağam; onlar İrlandiyaya uçacaq və mənə bu danışıqlarda mövqeyimizi addım-addım deyəcəklər".
Musavat.com






