İnsanlara hürriyət, millətlərə istiqlal!

Gəncədə restoranda yanğın oldu

746 27.05.2026 21:10 Hadisə A A

Gəncədə yanğın hadisəsi baş verib.

Musavat.com apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.

Belə ki, sözügedən ərazidə yerləşən restoranların birində qəfil yanğın başlayıb. Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib.

Yanğın yanğınsöndürənlərin çevikliyi nəticəsində söndürülüb, restoran yanğından mühafizə edilib.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR