İnsanlara hürriyət, millətlərə istiqlal!

Göydə pusqu: Rusiya S-300-ü F-16-nı iki zərbə ilə sıradan çıxardı

4679 12.01.2026 03:22 Dünya A A

Cəbhə zonasından yayılan məlumat hərbi dairələrdə ciddi rezonans doğurub.

Musavat.com xəbər verir ki, Rusiya hava hücumundan müdafiə qüvvələri S-300 zenit-raket kompleksi vasitəsilə F-16 qırıcısını vurduqlarını açıqlayıb.

Məlumata görə, əməliyyat uzun müddət planlaşdırılıb və hədəf diqqətlə izlənib. Zenit-raket divizionunun komandiri bildirib ki, F-16 ardıcıl iki raket zərbəsi ilə vurulub: ilk raket təyyarəni ağır zədələyib, ikinci zərbə isə onu tam sıradan çıxarıb.

Komandirin sözlərinə görə, qarşı tərəf bu tip qırıcıları “demək olar ki, məğlubedilməz” kimi təqdim etsə də, S-300 sisteminin hesablamaları və vaxtında açılan atəş nəticə verib. Hadisə zamanı təyyarənin havada parçalandığı bildirilir.

 


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR