İnsanlara hürriyət, millətlərə istiqlal!

Qremin xatirəsinə hörmət üçün Rusiyaya qarşı sanksiya qanunu qəbul edilməlidir - Senatorlar

441 13.07.2026 09:52 Siyasət A A

ABŞ Senatında qəfil vəfat edən Respublikaçı senator Lindsi Qremin xatirəsinə Rusiyaya qarşı sanksiyaları gücləndirən qanun layihəsini qəbul etməyə çağırış edilib.

Musavat.com xəbər verir ki, çağışla Demokrat senatorlar Jeanne Shaheen və Richard Blumenthal çıxış edib: "Cümə günü senatorlar Qrem, Blumental, Uiker və mən Ağ Evin Rusiyaya qarşı sanksiyalar qanun layihəsini dəstəklədiyini elan etdik. Lindseyə, onun irsinə və onun nə üçün dayandığına bu qanun layihəsinin qəbul edilməsindən daha layiqli bir xatirə ola bilməz", - deyə Shaheen X hesabında yazıb.

Onu eyni qanun layihəsinin həmmüəllifi olan həmkarı Blumental dəstəkləyib: "Bu sanksiyalar qanun layihəsinin dərhal qəbul edilməsi Lindseyə layiqli bir hörmət olardı".

Öz növbəsində The Hill qeyd edir ki, Qremin qanun layihəsinə hansı dəyişikliklərin edildiyi bəlli deyil. Sənədin Senatda ümumilikdə 85 həmmüəllifi var.

Xatırladaq ki, iyulun 10-da dörd senatordan ibarət qrup - Demokratlar Şahin və Blumental, Respublikaçılar Qrem və Uiker - Senatın Xarici Əlaqələr Komitəsinin veb saytında dərc edilən açıqlamalarında Tramp administrasiyası ilə Rusiyaya qarşı yenilənmiş sanksiyalar qanun layihəsini Konqresdə irəli sürmək barədə razılığa gəldiklərini elan ediblər.

 

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR