İnsanlara hürriyət, millətlərə istiqlal!

Göz qapağına geyiminin zəncirbəndi ilişdi - Video

665 18.06.2026 21:21 Hadisə A A

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonunda vətəndaşın köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

Musavat.com xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, 2003-cü il təvəllüdlü vətəndaşın göz qapağının geyiminin zəncirbəndinə ilişməsi nəticəsində təhlükəli vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər tərəfindən təhlükəsizlik qaydalarına riayət edilməklə vətəndaşa müvafiq köməklik göstərilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR