İnsanlara hürriyət, millətlərə istiqlal!

Gülüstan Əliyevadan “Əsr türkün əsridir” VİDEO

754 19.09.2025 15:10 Şou-biznes A A

Əməkdar artist Gülüstan Əliyeva “Əsr türkün əsridir” adlı yeni klipini təqdim edib.

Musavat.com xəbər verir ki, layihədə Türk xalqlarının birliyi, tarixi və mədəni bağlılığı tərənnüm edilir.

Klipin çəkilişləri Şuşa, Laçın və Qubada baş tutub.

Klipin rejissoru Faiq Əliyevdir. Mahnının sözləri professor Mahirə Nağıqızına, musiqisi isə Qoçaq Əsgərova məxsusdur. Aranjiman üzərində “Ethno Class” musiqi qrupu çalışıb.

Mahnının ruhuna uyğun olaraq, nəqərati 4 dildə - qazax, qırğız, türkmən və özbək dilində ifa olunub. Klipdə Orxon Yenisey əlifbasından istifadə edilərək, Azərbaycan təkəlduz sənətinə məxsus xüsusu geyimlər hazırlanıb.

Layihədə türk xalqlarına məxsus qədim alətlərdən, şamanizmi əks etdirən qavaldan istifadə olunub.

Ekran işi Əməkdar artistin yutub kanalında, mahnı isə bütün musiqi platformalarında yayımlanıb.

Könül
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR