İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! ABŞ ordusu Trampın əmri ilə İrana yeni zərbələr endirir

2257 28.06.2026 02:01 Hadisə A A

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iyunun 27-də Ali Baş Komandanın sərəncamı ilə İranın bir sıra hərbi hədəflərinə əlavə zərbələr endirib.

Musavat.com xəbər verir ki, bu barədə qurumun rəsmi bəyanatında bildirilib. Məlumatda qeyd edilir ki, "M/V Ever Lovely" ticarət gəmisinə edilən hücuma cavab olaraq əvvəlki gün endirilən zərbələrdən sonra İrana atəşkəs razılaşmasına əməl etmək şansı verilmişdi. Lakin İran tərəfi buna məhəl qoymayaraq, bu gün səhər saat 04:30-da (Şərq vaxtı ilə) kamikadze tipli pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Panama bayrağı altında üzən və göyərtəsində iki milyon bareldən çox xam neft olan "M/T Kiku" tankerini hədəf alıb.

CENTCOM-un bəyanatında vurğulanır ki, bugünkü zərbələr İranın kommersiya gəmiçiliyinə qarşı davam edən təcavüzünə birbaşa cavabdır. ABŞ aviasiyası İranın hərbi müşahidə infrastrukturunu, rabitə sistemlərini, hava hücumundan müdafiə mövqelərini, PUA anbarlarını və mina qoyma vasitələrini məhv edib.

Hazırda Hörmüz boğazından kommersiya gəmilərinin keçidi davam edir. ABŞ silahlı qüvvələri ayıq-sayıqlığını, yüksək döyüş qabiliyyətini və tam hazırlıq vəziyyətini qoruyub saxlayır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR