Soyuq mövsümün gəlişi ilə immuniteti gücləndirən təbii vasitələrə maraq artıb.
Musavat.com xəbər verir ki, mütəxəssislər darçının tərkibindəki güclü antioksidant və iltihabəleyhinə maddələrin orqanizm üçün mühüm faydalar yaratdığını bildirir. Qış mövsümündə immuniteti gücləndirmək istəyənlərin marağında olan darçınlı su həm sağlamlıq, həm də çəki nəzarəti baxımından diqqət çəkir.
Aparılan araşdırmalar darçınlı suyun maddələr mübadiləsini aktivləşdirdiyini, qan şəkərini sabitləşdirdiyini və həzm sisteminə müsbət təsir göstərdiyini ortaya qoyub. Həkimlərin sözlərinə görə, bu içki xüsusilə insulin müqaviməti, qəbizlik və şişkinlikdən şikayət edənlər üçün faydalı ola bilər.
Musavat.com darçınlı suyun faydalarını təqdim edir:
Maddələr mübadiləsini sürətləndirir: Bədəndə enerji xərclənməsini artırır.
Qan şəkərini tənzimləyir: Şirin istəklərini azaldır, şəkər səviyyəsini stabil saxlayır.
İltihabı azaldır: Ödem və daxili iltihabi prosesləri zəiflədir.
Həzm sistemini yaxşılaşdırır: Qaz, köp və qəbizliyi azaldır.
İmmuniteti gücləndirir: Soyuqdəymə və infeksiyalara qarşı müqaviməti artırır.
Mütəxəssislər darçınlı suyun faydalı olduğunu, lakin həddən artıq istifadə edilməməli olduğunu xatırladır. Gündə 1 stəkan içmək kifayət hesab olunur.
Musavat.com






