İnsanlara hürriyət, millətlərə istiqlal!

Günün fotosu – Günəşin qovurduğu çöldə deyil, amma bişir

1077 25.06.2026 21:25 Foto fakt A A

Dumanı və yağışı ilə məşhur olan Albion bu gündədir. Havanın hərarəti 40 dərəcəyə çatır və indiyə qədərki rekordları qırır. Bu, İngiltərə üçün qovurucu istilər deməkdir.

Liviya və ya Əlcəzair olsa, nə vardı ki. İngilislər belə havalara öyrəşməyiblər. Ona görə də harada su şırnağı görürlər, gedib altında dayanırlar ki, günəş beyinlərini bişirməsin.

Tək Britaniya deyil, bütün Avropa isti hava şəraitindən əziyyət çəkir.

Fransada həmkarlar ittifaqları müəllimləri 40 dərəcəyə çatan istidə məktəb imtahanlarının keçirilməsini təxirə salmağa çağırıb. Hakimiyyət orqanları çox təhlükəli isti üzündən 3500 məktəbi bağlayıb, 10 000 məktəbin dərs saatları azaldılıb.

Ölkənin əksər hissəsi qırmızı həyəcan siqnalı altındadır və isti havanın pik həddə çatacağı gözlənilir.

Ayrıca Fransa hökuməti nüvə reaktorlarını da bağlayıb ki, nə olar, nə olmaz.

Bəzi uşaq bağçaları və ibtidai məktəblərdə müəllimlər pərdələri bağlı saxlamalı və uşaqları sərinlətmək üçün su püskürtməli olublar.

bizqben.JPG (35 KB)

                         Günəşin kişilərə baş örtdürdüyü məqam

Bu cür isti havalara öyrəşmədiklərinə görədir ki, “yaşıl qitə”də sırf havanın hərarəti üzündən insan ölümləri artıb.

Qlobal istiləşmə budur. Sərin Avropa qovrulur, soyuq Arktika isinir. İndi görün ekvator xəttinin keçdiyi 13 ölkənin (Ekvador, Kolumbiya, Braziliya, San-Tome və Prinsipi, Qabon, Konqo Respublikası, Konqo DR, Uqanda, Keniya, Somali, Maldiv adaları, İndoneziya və Kiribati) əhalisi nə əziyyətlər çəkir.

Hələ 15-20 il öncə Afrikadakı Kilimancaro dağının qar örtüyü və buzlaqları əriyəndə ekoloq alimlər deyirdilər ki, gün gələcək, Avropa istidən yanacaq.

Artıq bütün bəşəriyyət narahatdır: bu istilərin axırı necə olacaq? Çünki hamı bilir ki, bu cür istilərdən sonra mütləq intensiv yağışlar, qasırğalar meydana çıxır və insan oğlu bu təbiət kataklizmlərinin qarşısında aciz qalır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR