İnsanlara hürriyət, millətlərə istiqlal!

Günün fotosu: "Ümid var gələcəyə..."

11195 06.10.2022 16:00 Foto fakt A A

Bu şəkil bu gün Çexiyanın paytaxtı Praqada keçirilən sammitdə çəkilib. 

Fotoda görünənlər tanış simalardır: Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycanın dövlət başçısı İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və bu ölkənin xarici işlər naziri Ararat Mirzoyan.

Çox zaman olduğu kimi, yenə də diqqət mərkəsində Türkiyənin lideridir. O, nəsə danışır, xırdalayır, digər həmsöhbətləri isə ona qulaq asırlar. 

Türkiyəni və Azərbaycanı özünə düşmən sayan ölkənin - Emənistanın başçısı Paşinyan və nazir Mirzoyan onu diqqətlə dinləyirlər. Onların sifərində bir məmnunluq ifadəsi də var. 

Ortam gərgin deyil, əksinə, sanki rahatlıq var, deyəsən, görüş, sovet dövrünün ibarəsi ilə desək, "qarşılıqlı anlaşma və dostluq şəraitində" keçir.

Bu yanlış görüntü də ola bilər. Hər halda foto çəkilən zaman üzlərdəki ifadələr bunu deyir. 

310461838_10228558145482626_538159474623587076_n.jpg (71 KB)

Bizim üçün o qədər də fərqi yoxdur, amma görək, erməni cəmiyyəti bu ortamı, xüsusilə də Paşinyanın sifətindəki ifadəni necə qarşılayacaq. 

Böyük ehtimalla Ermənistan müxalifəti bu fotoya "Yeni xəyanətin əksi" adını qoyacaq, Paşinyanı növbəti dəfə Ermənistanın mənafeyini "türklərə satmaq"da, "erməni xalqının düşmənləri ilə bir arada rahat oturmaq"da ittiham edəcəklər.

Belə edəcəklərsə və onlara qoşulanlar Paşinyanın tərəfində olanlardan çox olacaqsa, sülh olmayacaq. Əlksinə olacaqsa, ermənilər bu şəklə baxanda məmnun olacaqlarsa, o zaman ümid var ki, yaxın gələcəkdə erməni-türk münaqişəsinin çözülməsində yavaş-yavaş normallaşma gedəcək. 

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR