İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan sərtləşir: 11 ayda 1131 deportasiya

973 01.12.2025 16:35 Dünya A A

Gürcüstan hökuməti 2025-ci ilin yanvar–noyabr aylarında ölkədə qanunsuz yaşayan 1131 xarici vətəndaşı deportasiya edib.

Musavat.com bildirir ki, bu barədə hökumət iclasında baş nazir İrakli Kobaxidze məlumat verib.

Onun sözlərinə görə, bu rəqəm son yeddi ilin ümumi deportasiya göstəricisi ilə eyni səviyyədədir və 2026-cı ildə ən azı daha 3 500 nəfərin ölkədən çıxarılması planlaşdırılır.

Kobaxidze qeyd edib ki, Daxili İşlər Nazirliyinin proqramına əsasən, 3–4 il ərzində qanunsuz miqrasiya problemini tam aradan qaldırmaq məqsədi qoyulub, bunun isə təhlükəsizlik baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Baş nazir deportasiya olunan şəxslərin hansı ölkələrin vətəndaşları olduğunu açıqlamayıb.

2025-ci ilin 1 oktyabrından etibarən Gürcüstanda xaricilər üçün qaydalar sərtləşdirilib. Ölkədə qalma müddətinin pozulmasına görə cərimələr artırılıb, qanunsuz miqrantların deportasiyası isə sadələşdirilib. Eyni zamanda, aksiyalarda qayda pozuntusu törədən xarici vətəndaşların ölkədən çıxarılması hüquqi imkan kimi təsbit edilib. 2026-cı ildən etibarən isə Gürcüstanda işləmək üçün xaricilərin xüsusi əmək icazəsi alması məcburi olacaq.

Son illərdə bu qaydalar çərçivəsində artıq bir neçə deportasiya baş verib. 2024-cü ilin dekabrında Tiflis məhkəməsi etiraz aksiyası zamanı saxlanılan rusiyalı vətəndaşın ölkədən çıxarılmasına qərar vermiş, ona 5 il Gürcüstana giriş qadağası qoyulmuşdu. Eyni tarixdə başqa bir rusiyalının da etiraz aksiyası zamanı saxlanılaraq Ermənistana deportasiya edildiyi bildirilmişdi.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR