Gürcüstan parlamentinin sədri Şalva Papuashvili hakim partiyanın legitimliyini tanımayan xarici siyasətçilərə sərt cavab verib.
O, bəzi xaricilərin ölkəyə münasibətini “xaçapurini bəyənmək” səviyyəsində qiymətləndirərək bunu dövlətə yanaşma kimi qəbul etmədiklərini deyib.
Musavat.com xəbər verir ki, Papuashvili jurnalistlərin sualını cavablandırarkən belə ifadə işlədib: “Bəziləri Gürcüstanı sanki xaçapuri kimi tanıyır: kimsə gəlir, deyir ‘xaçapuri yaxşıdır, rəqsləriniz, mahnılarınız da yaxşıdır’ – vəssalam, qalanı guya önəmsizdir. Dövlət məsələsinə gəlincə, üzr istəyirəm, bu, belə keçmir”.

Parlament sədri bu açıqlamanı “Gürcü Arzusu”nun son təşəbbüsü fonunda səsləndirib. Söhbət hakimiyyətin legitimliyinin tanınmamasına görə cinayət məsuliyyətinin tətbiqi ideyasından gedir.
Papuashvili hesab edir ki, belə “tanımama” addımları sadəcə siyasi mövqe deyil, konstitusion qaydanın inkarı kimi dəyərləndirilməlidir.
Musavat.com






