İnsanlara hürriyət, millətlərə istiqlal!

Hakerlər İranda bütün dövlət telekanallarına hücum edib

534 19.01.2026 11:05 Dünya A A

İranda dövlət televiziya kanallarına kütləvi hücum nəticəsində müxalifət liderinin müraciəti və etiraza çağırışları yayımlanıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, ölkənin mərkəzi televiziya kanallarına hücum zamanı İran müxalifətinin nümayəndəsi və sonuncu şahın oğlu Rza Pəhləvinin canlı videomesajı yayımlanıb. O, hərbçiləri etirazçıları dəstəkləməyə və vətəndaşlara qarşı yönəlmiş hökumət əmrlərinə tabe olmamağa çağırıb.

Mesajdan əlavə, ekranlarda iranlıları etirazlarını davam etdirməyə çağıran şüarlar da yayımlanıb. Polis formasında kişilərin ali lider Əli Xamneyinin portretlərini yandırdığı görüntülər də nümayiş etdirilib. Başqa bir videoda bir nümayişçinin divara "Yaşasın Şah" sözlərini yazdığı görünür.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR