İnsanlara hürriyət, millətlərə istiqlal!

Hərbi qeydiyyat qaydası sərtləşdirildi: Məlumat verməyənləri yüksək cərimə gözləyir

966 16.12.2025 03:58 Dünya A A

Rusiyada hərbi qeydiyyatla bağlı qaydalara dəyişiklik edilib. Rusiya prezidenti Vladimir Putin yaşayış yerinin dəyişdirilməsi barədə hərbi komissarlığa məlumat verilməməsinə görə cərimə nəzərdə tutan qanunu imzalayıb.

Musavat.com xəbər verir ki, yeni qaydalara əsasən, bu tələb artıq yalnız çağırış dövründə deyil, ilin bütün ayları ərzində qüvvədə olacaq.

Qanuna görə, vətəndaş yaşayış yerini üç aydan artıq müddətə dəyişdiyi halda bu barədə hərbi komissarlığı məlumatlandırmazsa, 10 min rubldan 20 min rubladək cərimə olunacaq.

Rəsmi izahda bildirilib ki, dəyişiklik hərbi uçotun dəqiqləşdirilməsi və nəzarətin gücləndirilməsi məqsədi daşıyır. Yeni qaydaların yaxın dövrdə tam tətbiqinə başlanacağı gözlənilir. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR