İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistandan Bakıya sensasion əməkdaşlıq təklifi - ilginc detallar

7574 08.02.2026 17:42 Siyasət A A

İllərdir Ermənistana silah satan Hindistan Azərbaycandan qaz almaq niyyətinə düşüb.

Hindistanın ən böyük neft-qaz şirkətlərindən biri olan “Bharat Petroleum” mayeləşdirilmiş qazın alışı üçün Azərbaycanın dövlət neft şirkəti ilə danışıqlar aparır. Musavat.com-un məlumatına görə, belə bir iddia ilə “The Hindu” nəşrinə “Bharat Petroleum”un nümayəndəsi T.V.Pandiyan bildirib. Pandiyan qeyd edib ki, Bharat Petroleum ABŞ-dan mayeləşdirilmiş təbii qaz idxal etmək üçün tender elan edib. “Yaxın Şərqdə münaqişə var. Bəs Hörmüz boğazı bağlanarsa, biz nə edəcəyik? Bu - elan edilmiş tender - təchizat mənbələrimizi diversifikasiya etmək məqsədimizin bir hissəsidir”, o deyib. Pandiyan həmçinin bildirib ki, Çinin ABŞ-nin neft-qazı tədarükündən imtinası Hindistana onu daha aşağı qiymətlərlə əldə etməyə imkan verəcək.

Hələlik Azərbaycan rəsmən bu açıqlamaya reaksiya verməyib. Çox maraqlıdır ki, məlumat Hindistanın silah alıcılarından biri Ermənistanın mediasında geniş tirajlanıb.

Bu istiqamətdə anlaşmanın əldə olunması Bakı və Nyu-Dehli arasındakı soyuq münasibətlərə son qoya bilərmi? düşüb. Azərbaycan və Hindistan arasında iqtisadi əlaqələrə nələr vəd edir?

Tural İsmayılov: “İnsanlıq adına pozitiv nəticələrin olmayacağını  düşünürəm” | KONKRET

Politoloq Tural İsmayılov Musavat.com-a açıqlamasında bildirdi ki, Hindistanın "Bharat Petroleum" şirkəti vasitəsilə Azərbaycanın enerji resurslarına, xüsusilə mayeləşdirilmiş qazına (LNG) maraq göstərməsi qlobal geosiyasətdə iqtisadi maraqların siyasi ambisiyaları necə üstələdiyini göstərən klassik bir "Realpolitik” nümunəsidir: “Nyu-Dehlinin Ermənistana silah satışı fonunda Bakı ilə yaşanan diplomatik soyuqluq, enerji təhlükəsizliyi kimi ekzistensial bir zərurətlə qarşılaşdıqda arxa plana keçmək məcburiyyətində qalır. Dünyanın ən sürətlə böyüyən iqtisadiyyatlarından biri olan Hindistan üçün enerji mənbələrinin diversifikasiyası sadəcə iqtisadi seçim deyil, Hörmüz boğazı kimi riskli nöqtələrdən asılılığı azaltmaq üçün strateji qaçılmazlıqdır.

​Bu proses Bakı və Nyu-Dehli arasındakı münasibətlərdə mühüm bir "buzqıran" rolunu oynaya bilər. Beynəlxalq münasibətlər tarixində iqtisadi asılılıq çox vaxt siyasi gərginlikləri yumşaldan ən effektiv alət kimi çıxış edir. Əgər Azərbaycan SOCAR vasitəsilə Hindistanın daxili bazarında həlledici tədarükçüyə çevrilərsə, bu, Hindistanın Cənubi Qafqaz siyasətində daha balanslı və Bakının strateji həssaslıqlarını nəzərə alan bir kurs seçməsinə rəvac verəcək”. T.İsmayılovun fikrincə, Ermənistana silah verən bir ölkənin eyni zamanda Azərbaycandan enerji asılılığına girməsi, Bakının əlində Hindistana qarşı ciddi bir "yumşaq güc" və diplomatik rıçaq formalaşdırır: “İqtisadi baxımdan bu yaxınlaşma hər iki dövlət üçün böyük vədlər verir. Azərbaycan öz enerji ixracı coğrafiyasını Avropa hüdudlarından kənara, Asiyanın nəhəng bazarlarına doğru genişləndirir, Hindistan isə Çinin ABŞ tədarükündən imtinası ilə yaranan ucuz resurs imkanlarını Azərbaycan vasitəsilə kompensasiya etmək şansı qazanır. Bu əməkdaşlıq həm də "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin işləkliyini artıra bilər; çünki iqtisadi bağlar möhkəmləndikcə, Azərbaycan Hindistan üçün sadəcə bir enerji mənbəyi deyil, həm də Avrasiyaya açılan əvəzolunmaz logistik qovşaq statusunu sementləyir. Yekun olaraq, qaz danışıqları iki ölkə arasındakı siyasi soyuqluğu iqtisadi istiləşmə ilə əvəz etmək üçün ən real və samballı fürsətdir”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR