Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının "Mərkəzi Asiya+Azərbaycan" formatında 7-ci Məşvərət Görüşünün iclası keçirilir.
Musavat.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.
***
Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının "Mərkəzi Asiya+Azərbaycan" formatında 7-ci Məşvərət görüşünün iclasında iştırak etmək üçün Konqres Mərkəzinə gəlib.
Musavat.com xəbər verir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidentini qarşılayıb.
Sonra tədbir iştirakçıları birgə foto çəkdirdilər.






