İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham İsmayılın vəziyyəti necədir?

1011 23.01.2026 16:18 Son xəbər A A

Təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert İlham İsmayıl reanimasiyadan palataya köçürülüb.

Bu barədə Musavat.com-a açıqlamasında İlham İsmayılın özü məlumat verib.

O bildirib ki, hazırda özünü yaxşı hiss edir:

“Dünəndən yaxşıyam, palataya köçürülmüşəm. Amma tam özümə gəlməmişəm, müalicələrim davam edir. Həkimlər bildirir ki, hələ bir neçə gün xəstəxanada müalicə alacağam”.

Qeyd edək ki, İlham İsmayıl yanvarın 18-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hospitalına yerləşdirilib. Həkimlər ona daxili qanaxma diaqnozu qoyublar.

Şahanə Rəhimli,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR