İnsanlara hürriyət, millətlərə istiqlal!

İngilislərlə ilk oyun Bakıda: “Qarabağ” artıq qalibdir

5499 30.01.2026 16:29 İdman A A

Natiq Muxtarlı pükü dəyərləndirdi: “Stadiona klubumuza minnətdarlıq etmək üçün getməliyik”

"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi artıq məlumdur. Bu mərhələdki rəqib ingilis nəhənglərindən "Nyukasl"dır. Əslində “Köhlən atlar”ın püşkdə bəxti də gətirdi desək, yalan olmaz. Belə ki, digər qarşılaşma ehtimalları olacaq rəqimiz Çempionlar Liqasının son qalibi, Fransa birincisi “PSJ” idi. 

Picture background

Tanınmış idman yazarı Natiq Muxtarlı Musavat.com-a püşkü belə dəyərləndirdi:

“Artıq hər şey bəllidir. Bu mərhələ “Qarabağ” üçün sondur. Bu mövsüm sözün həqiqi mənasında möcüzə edən “Qarabağ” Çempionlar Liqasını tərk edəcəksə, bunu qürürla edəcək. Rəqibin təqdimata heç bir ehtiyacı yoxdur. “Nyukasl” Premyer Liqa təmsilçisidir. Bu çempionatın 5 təmsilçisi 1/8 finala birbaşa mərhələ qazanıb. 8 komandadan 5-i İngiltərə klublarıdır. Çempionatın gücü ortadadır. Ərəblərin gəlişindən sonra az qala yarım milyardlıq büdcəyə sahibdir. Biz “Qarabağ”dan nə tələb edə bilərik? “Liverpul”la oyun səviyyə fərqini göstərdi. Amma “Çelsi” ilə oyun da var idi axı. Deməli, ən azı Bakıda mübarizə aparmaq olar. “Qarabağ” artıq öz işini görüb, amma azərbaycanlı azarkeşlərin yerinə yetirməli olduğu bir iş var. İlk oyun Bakıda keçiriləcək. Bu avantajdır. Bu mövsüm “Qarabağ”ın etdiklərinin mahiyyətini hələ də dərk etmirik. Sadə bir misal: düz on ildir ki, MDB ölkələrindən heç bir komanda ÇL-də bu mərhələyə yüksəlməyib. 24 komandanın əksəriyyəti böyük beşlikdən olanlardır.

Portuqaliya, Türkiyə, Danimarka, Norveçdən olan bir-iki komanda və bir də “Qarabağ”. Çox nəhəng işdir. İndi növbə azarkeşlərindir. “Arsenal”la oyundan sonra ÇL-də cəmi 1 xal toplayan “Kayrat”ın azarkeşləri futbolçuları ayaq üstə alqışladılar, onlara öz təşəkkürlərini çatdırdılar. Niyə? Çünki Qazaxıstan komandasının ÇL-də olması böyük uğurdur. Bu uğura görə azarkeşlər minnətdarlıq etdilər. “Nyukasl”la oyun da buna bənzəməlidir. Bu oyundan Azərbaycanda futbolun populyarlaşması, azarkeş mədəniyyətinin formalaşması baxımından yararlanmalıyıq. Stadiona “Qarabağ”dan qələbə tələbə etməyə yox, onlara öz təşəkkürümüzü bildirmək üçün getməliyik. Reallıq var, bunu qəbul etməliyik. Amma azarkeşlər bu mövsüm etdiklərinə görə stadionda elə bir ab-hava yarada bilərlər ki, bu qarşılaşma Azərbaycan futbol tarixinin ən böyük oyunlarından birinə çevrilə bilər.  Bütün Avropa bu mövsüm ÇL-in əsas kəfinin “Qarabağ” olduğunu deyir. Biz də bunun qarşılığını verməliyik, stadiona sağlam düşüncə ilə getməliyik, nəticədən asılı olmayaraq, “Qarabağ”ı layiq olduğu tərzdə dəstəkləməli, və minnətdarlığımızı bildirməliyik. Onlar bunu haqq ediblər”.

Picture background

N.Muxtarlı möcüzəyə də inanır: “Biz həm də nikbin olmalıyıq. “Qarabağ” yenə də möcüzə edə bilərmi? Əlbəttə edə bilər. “Nyukasl” “Liverpul”la oyuna aludə olsa, “Qarabağ”ı dəyərləndirməsə,  Qurban Qurbanov yetirmələrini o məğlubiyyətin xofundan çıxara bilsə, hər şey ola bilər. Amma bütün hallarda nə özümüzü, nə də “Qarabağ”ı təzyiq altında saxlamamalıyıq. Həmin gün stadiona bu mövsüm etdikləri möcüzəyə görə futbolçulara təşəkkür etmək üçün getməliyik. Onda hamı qazanacaq: “Qarabağ” da, azarkeşlər də, Azərbaycan futbolu da”.

Picture background

Cavanşir ABBASLI
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR