İnsanlara hürriyət, millətlərə istiqlal!

İqbal Səfərov yeni vəzifəyə TƏYİN OLUNDU

2392 04.02.2026 21:44 Son xəbər A A

Vətən müharibəsi iştirakçısı, Silahlı Qüvvələrin zabiti İqbal Səfərov yeni vəsifəyə təyin olunub.

Musavat.com xəbər verir ki, bu barədə İqbal Səfərov sosial şəbəkə hesabında paylaşım edib. O, “Zirə Dəniz” gömrük postuna baş inspektor vəzifəsinə təyin olunduğunu bildirib.

Zabit göstərilən etimada görə Dövlət Gömrük Komitəsinin sədri, general-polkovnik Şahin Bağırova və komitə rəhbərliyinə təşəkkür edib, bu etimadı doğrultmağa çalışacağını bildirib. 

""Zirə Dəniz " gömrük postuna baş inspektor vəzifəsinə təyin olundum. Göstərilən etimada görə Dövlət Gömrük Komitəsinin sədri general-polkovnik Şahin Bağırova və bütün rəhbərliyimizə minnətdarlığımı bildirirəm. Bu etimadı doğrultmağa çalışacağam.

Azərbaycan Respublikasına xidmət edirəm",- İqbal Səfərov qeyd edib. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR