İnsanlara hürriyət, millətlərə istiqlal!

İran ABŞ gəmilərinə hücum etdi

1149 20.04.2026 08:06 Dünya A A

İran Silahlı Qüvvələri ölkəyə məxsus gəminin ələ keçirilməsinə cavab olaraq ABŞ hərbi gəmilərinə qarşı dron hücumları həyata keçirib.

Musavat.com xəbər verir ki, məlumatı Tasnim xəbər agentliyi İran Silahlı Qüvvələrinin Xatam əl-Ənbiya Mərkəzi Komandanlığının sözçüsünə istinadən yayıb. Bildirilir ki, ABŞ ordusu tərəfindən ələ keçirilən gəmi Çindən Oman körfəzinə doğru gedirmiş. Onlar atəşkəsi pozaraq gəmiyə atəş açıblar və naviqasiya sistemini sıradan çıxarıblar. Buna cavab olaraq İran dronlardan istifadə edərək ABŞ gəmilərinə hücum edib.

Mərkəzi qərargahın sözçüsü Respublikanın silahlı qüvvələrinin "piratçılığa" və Amerika tərəfinin hücumlarına cavab verməyə davam etmək niyyətində olduğunu vurğulayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR