İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı və erməni "qanuni oğru"lar saxlanıldı

1289 18.06.2026 19:19 Kriminal A A

Moskvada 1990-cı illərdən bəri ilk dəfə “qanuni oğrular”ın iştirak etdiyi ad günü məclisinin qarşısı alınıb.

Musavat.com Modern.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın kriminal aləmi üzrə ixtisaslaşmış “Prime Crime” agentliyi məlumat yayıb.

Məlumata görə, kriminal aləmdə “Suren Andijanski” kimi tanınan erməni əsilli Suren Tavadovun yubiley mərasimi Moskva yaxınlığındakı restoranlardan birində keçirilib. Tədbir hüquq-mühafizə orqanlarının diqqətindən yayınmayıb.

Bildirilib ki, mərasimdə kriminal aləmdə tanınan "Diplomat Vaqif" ləqəbli azərbaycanlı "qanuni oğru" Vaqif Süleymanov və "Torçik" ləqəbli Nuqzar Torçinava da iştirak ediblər. Polis tərəfindən sorğu-sual zamanı iştirakçılardan heç biri özünü “qanuni oğru” kimi təqdim etməyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR