İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Fars körfəzində ABŞ gəmisini VURDU

1406 05.03.2026 11:55 Ölkə A A

İran silahlı qüvvələri cümə axşamı səhər Fars körfəzinin şimalında bir Amerika tankerini vurub.

Musavat.com xəbər verir ki, bu barədə İranın dövlət televiziyası İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən bildirib. 

"Fars körfəzinin şimalında ABŞ tankerinə raket dəyib. Tanker bu səhər SEPAH dəniz piyadaları tərəfindən hücuma məruz qalıb və hazırda yanır", - deyə açıqlamada bildirilir.

SEPAH əvvəllər qeyd edib ki, beynəlxalq qanun və qaydalara uyğun olaraq, müharibə dövründə Hörmüz boğazından keçid üzərində nəzarət İran İslam Respublikasına həvalə olunacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR