İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropalını heyrətləndirən Qızılbaş dövləti: “Ən kasıb qadınların belə qızılı vardı”

416 07.06.2026 00:16 Dünya A A

XVII əsrdə Qızılbaş dövlətində yaşamış fransız səyyahı Jan Şarden ölkənin rifah səviyyəsi ilə bağlı diqqətçəkən müşahidələrini qələmə alıb.

Musavat.com xəbər verir ki, “Qızılbaşlar Ensiklopediyası” əsasında “Milli Kimlik” səhifəsinin paylaşdığı məlumata görə, Şah II Abbasın hakimiyyəti dövründə həm şəhərlərdə, həm də kəndlərdə əhali yaxşı qidalanır, yaxşı geyinir və həyat üçün zəruri olan bütün şəraitə malik idi.

Şarden yazırdı ki, yerli sakinlər Fransadakı kəndlilər qədər ağır işləməsələr də, daha rahat yaşayırdılar.

Fransız səyyah qeyd edirdi ki, ən kasıb qadınların belə əl və ayaqlarında gümüş bəzəklər olurdu, bəziləri isə boyunlarında iri qızıl sikkələr gəzdirirdilər.

Jan Şarden həmçinin vurğulayırdı ki, həmin dövrün Qızılbaş dövlətinin idarəçiliyini despotik və sivilizasiyadan uzaq kimi təqdim etmək ədalətsiz və həqiqətdən uzaq olardı.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR