İranın nüvə obyektləri vurulacağı, Böyük Britaniyanın müharibəyə qoşulacağı təqdirdə ABŞ-ın regiondakı müttəfiqlərinə qarşı zərbələri bərpa edəcəyinə dair xəbərdarlığı neft bazarında təlaşa səbəb olub.
Musavat.com xəbər verir ki, bazar iştirakçıları ən böyük neft ixracatçısı olan regiondakı enerji obyektlərinin sıradan çıxarılması təhlükəsinə qiymətləri qaldırmaqla cavab veriblər.
Londonun ICE birjasında Brent neftinin qiyməti 1,2 dollara yaxın bahalaşaraq iyunun əvvəlindən bəri ilk dəfə 92 dolları keçib.
Nyu-Yorkun NYMEX birjasında WTI nefti isə 0,85 dollar artaraq 85 dolları keçib.
Musavat.com






