İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Körfəz ölkələrinə zərbələr endirir: Bəhreyndə neft zavodu vuruldu, BƏƏ üzərində HHM... - Video

1136 05.03.2026 20:08 Ölkə A A

İranın regionda hərbi eskalasiyanı daha da genişləndirdiyi barədə xəbərlər yayılıb.

Musavat.com xəbər verir ki, İran qüvvələrinin Bəhreyndə yerləşən BAPCO neft şirkətinin zavoduna zərbə endirdiyi bildirilir.

Məlumata görə, hücum yalnız enerji infrastrukturu ilə məhdudlaşmayıb. Eyni zamanda Fars körfəzində yerləşən ABŞ Hərbi-Dəniz Qüvvələrinin bazasına da hücum edildiyi barədə məlumatlar yayılıb.

Bununla yanaşı, İranın Birləşmiş Ərəb Əmirliklərini də yenidən atəşə tutduğu bildirilir. Yerli mənbələrə əsasən, Dubay və Əbu-Dabi səmasında hava hücumundan müdafiə sistemləri aktiv işləyir.

Milli Fövqəladə Böhran və Fəlakətlərin İdarə Edilməsi Təşkilatının bəyanatında deyilir: "Hazırda hava hücumundan müdafiə sistemləri raket təhlükəsinə cavab verir".

Eyni zamanda İranın hücumu nəticəsində Bəhreyndə ABŞ-nin idarə etdiyi neft emalı zavodu vurulub.
BƏƏ-nin hava hücumundan müdafiə qüvvələri zərbələri dəf edib.

Əbu-Dabidə dağıntıların olması nəticəsində altı nəfər xəsarət alıb.

Şahidlərin sözlərinə görə, Əbu-Dabi hava limanı yaxınlığında güclü partlayış səsləri eşidilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR