ABŞ və İran 300 milyard dollar həcmində özəl investisiya fondunun yaradılması üçün çərçivə mexanizmini razılaşdırıblar.
Musavat.com xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Artıq sözügedən məbləğin yarısından çoxu investorların öhdəlikləri ilə təmin olunub.
Bu fond tərəflər arasında gələcəkdə bağlanacaq sazişin iqtisadi hissəsini təşkil etməlidir. Fond dövlət vəsaitləri cəlb edilmədən, müstəsna olaraq özəl kapital hesabına maliyyələşəcək. Potensial investorlar arasında ABŞ, Fars körfəzi ölkələri, Asiya, Cənubi Amerika və Afrika şirkətlərinin adları çəkilir.
Mexanizmin işə düşməsi yalnız yekun saziş imzalandıqdan sonra mümkün olacaq. Tərəflər növbəti 60 gün ərzində fondun iş strukturunu müəyyən etməyi və energetika, loqistika, nəqliyyat, eləcə də sənaye sahələrində layihələr hazırlamağı planlaşdırırlar.
"Reuters"in məlumatına görə, İran ilkin olaraq ABŞ-dan hərbi ziyana görə 400 milyard dollar təzminat tələb etsə də, sonradan tərəflər regional və özəl maliyyələşmənin cəlb edilməsi variantına keçiblər.
Fonda çıxış imkanı Tehrandan nüvə proqramından imtina və beynəlxalq nəzarət də daxil olmaqla, sazişin şərtlərinə əməl etməyi tələb edəcək.
Musavat.com.






