İnsanlara hürriyət, millətlərə istiqlal!

İran üçün kritik həftə: ABŞ “dəqiq zərbələrə” hazırlaşır

462 27.01.2026 10:23 Dünya A A

ABŞ hakimiyyəti etirazçıların öldürülməsində iştirak edən yüksək vəzifəli iranlı məmurlar və hərbi komandirlərə qarşı “nöqtə zərbələri” endirmək imkanını nəzərdən keçirir.

Musavat.com "Middle East Eye" nəşrinə istinadən xəbər verir ki, bu barədə Körfəz ölkələrindən birinin dövlət rəsmisi məlumat verib.

Mənbənin sözlərinə görə, ABŞ bu zərbələri artıq bu həftə həyata keçirə bilər.

Bununla belə, o, Vaşinqtonun planlarının dəyişə biləcəyini də istisna etməyib.

ABŞ kəşfiyyatının keçmiş əməkdaşı anonimlik şərti ilə "Middle East Eye"a bildirib ki, Donald Tramp administrasiyası İranda hakimiyyət dəyişikliyi ideyasından, ehtimal ki, tam imtina etməyib. Onun sözlərinə görə, bu qənaət administrasiya daxilində aparılan müzakirələrə əsaslanır.

Keçmiş kəşfiyyatçı həmçinin qeyd edib ki, ABŞ İrana qarşı mümkün yeni zərbələr zamanı istifadə oluna biləcək raketlərin tədarükünü artırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR