İranın xarici işlər naziri Abbas Əraqçi Yaxın Şərqdə cərəyan edən son siyasi proseslər fonunda mühüm bir xarici səfərə çıxıb.
Musavat.com xəbər verir ki, İran diplomatiyasının rəhbəri artıq Oman Sultanlığının paytaxtı Maskat şəhərinə gəlib. Bu səfər regionda gərginliyin artdığı və Tehranın beynəlxalq öhdəliklərlə bağlı Qərblə ciddi fikir ayrılıqları yaşadığı bir dövrə təsadüf edir.
Mənbələrin məlumatına görə, Araqçinin Maskatda Oman rəsmiləri ilə keçirəcəyi danışıqlarda regional təhlükəsizlik, ikitərəfli əlaqələrin gücləndirilməsi və beynəlxalq diplomatik gərginliklərin azaldılması yolları əsas müzakirə mövzusu olacaq.
Omanın ənənəvi olaraq İran ilə Qərb dövlətləri arasında mühüm vasitəçi rolunu oynadığını nəzərə alan ekspertlər, bu rəsmi səfər çərçivəsində pərdəarxası kritik razılaşmaların əldə oluna biləcəyini ehtimal edirlər.
Musavat.com






