İnsanlara hürriyət, millətlərə istiqlal!

İran XİN Yaxın Şərq ölkələrini təhdid etdi

458 13.07.2026 08:39 Siyasət A A

ABŞ-ın İran ərazisinə zərbələri fonunda İran Xarici İşlər Nazirliyi Vaşinqtonu beynəlxalq hüququ pozmaqda günahlandırıb.

Musavat.com xəbər verir ki, nazirliyin açıqlamasında Yaxın Şərq ölkələrinə ABŞ-a kömək etməmək barədə xəbərdarlıq edilib: "Müharibəyə son qoyan müqavilənin imzalanmasından cəmi 25 gün sonra ABŞ həmin müqavilənin demək olar ki, bütün müddəalarını açıq şəkildə pozdu. İranın nəqliyyat infrastrukturuna, balıqçı gəmilərinə, yük barjalarına, meteoroloji qurğularına və binalarına hücum etməklə ABŞ ən ciddi müharibə cinayətlərindən bəzilərini törətmişdir”.

İran Xarici İşlər Nazirliyi iddia edir ki, ABŞ İrana qarşı zərbələr endirmək üçün Fars körfəzinin cənub sahilindəki ölkələrin ərazilərindən və qurğularından istifadə edib və Tehran İrana qarşı hücumların "istənilən mənbəyini" müdafiə zərbələri üçün qanuni hədəf hesab edəcək.

İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi isə X hesabında parlamenti və ya Məqsədyönlülük Şurasını Ali Rəhbərə və ya yüksək vəzifəli hərbi və hökumət rəsmilərinə qarşı hər hansı bir sui-qəsd cəhdinə "qətiyyətli" cavab verilməsini təmin edən qanun qəbul etməyə çağırıb: "İrana qarşı heç bir hərəkət cavabsız qalmamalıdır".

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR