İnsanlara hürriyət, millətlərə istiqlal!

İrana qarşı sərt qətnamə qəbul olundu

557 12.06.2026 09:44 Dünya A A

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İdarə Heyəti İrandan təcili olaraq uran ehtiyatları barədə hesabat istəyib.

Musavat.com bildirir ki, bölgədə baş verən bir sıra hərbi toqquşmalardan sonra Tehrana diplomatik təzyiq güclənib.

MAQATE İdarə Heyətində qətnaməni 35 üzvdən 21-i dəstəkləyib. Sənəd ABŞ, Böyük Britaniya, Fransa və Almaniya tərəfindən birgə irəli sürülüb. Qərb ölkələri Tehrandan tam şəffaflıq və müfəttişlərin onun obyektlərinə çıxışını tələb edir.

Rusiya, Çin və Niger sənədin əleyhinə səs verib, daha 10 ölkə isə bitərəf qalmaq qərarına gəlib.

4 ölkə və MAQATE birgə bəyanatda bildiriblər ki, İranın hərəkətləri təkcə onun nüvə proqramının mahiyyəti ilə bağlı təcili narahatlıqlar doğurmur, həm də qlobal nüvə təhlükəsizliyi rejiminin bütövlüyünü təhdid edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR