İranın Sistan və Bəluçistan əyalətinin mərkəzi Zahidan şəhərində etiraz aksiyası keçirilib.
Bu barədə Bəluç Fəallarının Kampaniyası məlumat yayıb.
Məlumata görə, etirazçılar "ölüm olsun Xaməneiyə" və "ölüm olsun dikatora" şüarları səsləndiriblər.
Aksiya ötən gün Zahidanda sünni bəluçların Məkki məscidində cümə namazından sonra başlayıb.
Bir neçə etirazçının həbs olunduğu bildirilsə də, hələlik onların kimliyini müəyyənləşdirmək mümkün olmayıb.
İran hökuməti tərəfindən etirazların sərt şəkildə yatırılması, internet və telefon xətlərinin geniş şəkildə kəsilməsi ilə yanaşı, Azərbaycan siyasi məhbuslarının taleyi qeyri-müəyyən olaraq qalır.
Məlumatlı mənbələrin bildirdiyinə görə, məhbusların ailələri son günlərdə yaxınlarının vəziyyəti ilə bağlı heç bir xəbər ala bilməyiblər və buna görə də onların təhlükəsizliyi və saxlanma şəraiti ilə bağlı narahatlıqlar artıb.
TV Musavat-ın "Həftə içi" verilişində aparıcı Emil Salamoğlunun qonağı politoloq Oqtay Qasımovdur.






