İranda ağır yol qəzası baş verib.
Musavat.com-un Fars agentliyinə istinadən məlumatına görə, İranın vitse-prezidenti İsmayıl Saqəb Əsfahaninin həyat yoldaşı Garmsar–Tehran magistralında avtomobilin yük maşını ilə toqquşması nəticəsində həlak olub.
Qəza zamanı ailənin üç övladı və vitse-prezidentin atası müxtəlif dərəcəli xəsarətlər alaraq Tehrandakı xəstəxanaya çatdırılıb. Həkimlərin onların vəziyyətini izlədiyi bildirilir.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Musavat.com






