İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tezliklə etirazların baş verdiyi şəhərlərə girəcək.
Musavat.com xəbər verir ki, bu barədə İranın yüksək vəzifəli rəsmisi "New York Times" qəzetinə bildirib.
Rəsminin sözlərinə görə, hakimiyyət nümayəndələrinin çoxu çaşqınlıq içindədir və artan etiraz dalğası ilə başa çıxmaq üçün aktiv şəkildə müzakirə aparırlar.
O əlavə edib ki, ənənəvi olaraq ölkə sərhədlərini qorumaqdan məsul olan İnqilab Keşikçiləri indi daxili vəziyyəti sabitləşdirmək rolunu öz üzərinə götürəcək.
Bu arada, monitorinq qrupu "NetBlocks"un məlumatına görə, İranda internetə çıxış 12 saatdan çoxdur ki, tamamilə bağlanıb.
Musavat.com






