İnsanlara hürriyət, millətlərə istiqlal!

İrandakı aksiyalardan dəhşətli kadrlar - video

967 22.01.2026 22:20 Dünya A A

İranda internetə qoyulmuş məhdudiyyətlərə baxmayaraq, etirazçılara divan tutulması ilə bağlı yeni görüntülər yayılmaqdadır. Musavat.com-un məlumatına görə, dekabrın 28-dən etibarən keçirilən aksiyaların silahla yatırılmasını əks etdirən dəhşətli kadrlar ortaya çıxıb.

Gunaz.tv rejim qüvvələrinin aksiya iştirakçılarına qarşı qəddarlığını əks etdirən görüntüləri ictimailəşdirib. Həmin kadrlarda küçələrdəki qan görüntüləri əksini tapır, həmçinin yaralıların xilas edilməsinə cəhd edildiyi zamanı yalnız "terrorçu"ları hədəfə aldığını iddia etsə də, Tehrandan yayılan yeni görüntülərdə silahsız insanların rejim qüvvələri tərəfindən atəşə tutulduğu bildirilir.

Bu arada, İranda etirazların yatırılması zamanı öldürülən mülki şəxslərin sayının 20 mindən çox ola biləcəyi barədə qorxunc xəbər yayılıb.

İranın Milli Təhlükəsizlik Şurası çərşənbə günü ilk rəsmi rəqəmlərini açıqlayıb və ölən 3117 şəxsdən 2427-nin "günahsız" olduğunu bildirib. Bu siyahıya ölən rejim qüvvələri də daxildir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR