Tehrandan ABŞ ilə müqaviləni imzalamaq üçün Cenevrəyə İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf və xarici işlər naziri Abbas Əraqçi gedəcək.
Musavat.com xəbər verir ki, məlumatı "New York Times" qəzeti adları açıqlanmayan İran rəsmilərinə istinadən yayıb. Onların sözlərinə görə, 19 iyunda keçirilməsi planlaşdırılan imzalanma mərasimində Amerika tərəfini vitse-prezident J.D.Vens təmsil edəcək. Qəzet qeyd edir ki, əgər keçirilərsə, bu tədbir Vaşinqton və Tehran arasında son 47 ildə ən yüksək səviyyəli görüş olacaq.
Daha əvvəl Fox News-a verdiyi müsahibədə Vens ABŞ prezidenti Donald Trampın sənədi imzalamaq üçün Cenevrəyə uçması ehtimalını istisna etməyib: "İmzalama mərasimində kimin iştirak edəcəyi ilə bağlı logistika hələ də üzərində işləyirik. Mən mütləq orada olacağam, amma prezidentin özünün də orada olma ehtimalı var".
Musavat.com






