İnsanlara hürriyət, millətlərə istiqlal!

"Putinin Trampa "yox" deməsi çətin olacaq" — Zelenskidən yeni açıqlama

710 15.06.2026 23:47 Dünya A A

Zelenski Trampla Putinlə görüşün təşkilini müzakirə edib.

Musavat.com Ukrayna mediasına istinadən xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski bu barədə Avropa İttifaqının Hökumətlərarası Konfransına müraciətində bildirib. O xatırladıb ki, Rusiya prezidenti Vladimir Putinə müharibənin başa çatdırılması üçün real qərarların qəbul edilə biləcəyi istənilən məkanda görüşmək təklif olunub, lakin o, bundan imtina edir.

Həmçinin ABŞ və Fransa ilə "Böyük Yeddilik" (G7) sammiti çərçivəsində bütün demokratik ölkələrin iştirakı ilə Putinlə görüş imkanları müzakirə edilib.

"Dünən prezident Tramp ilə belə bir görüşün ABŞ-də təşkil olunmasını müzakirə etdik. Elə bir formatda ki, Putinin imtina etməsi, ən azından prezident Trampa 'yox' deməsi xeyli çətin olsun. Bunun necə nəticələnəcəyini görəcəyik. Əgər Rusiya bu şansı da əldən versə, əlavə təzyiqlərə ehtiyac yaranacaq", — deyə Zelenski vurğulayıb.

Afaq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR