İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın sabiq prezidentindən XƏBƏRDARLIQ: “İslam Respublikası süqut edə bilər”

1044 20.11.2025 22:14 Dünya A A

İranın keçmiş prezidenti Məhəmməd Xatəmi ölkədəki dərin iqtisadi böhran və sosial narazılığın getdikcə artdığını bildirərək ciddi xəbərdarlıq edib.

Musavat.com xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.

Məhəmməd Xatəminin sözlərinə görə, əhalinin təxminən 80%-i artıq ölkəyə kimin rəhbərlik etməsinin fərqinə varmır, bu isə siyasi legitimliyin kəskin zəiflədiyini göstərir.

Xatəmi deyib ki, inqilabdan sonrakı illərdə İran bir sıra ağır böhranlarla üzləşib, lakin indi ölkədə yaranmış vəziyyət əvvəlkilərlə müqayisədə daha təhlükəlidir.

Keçmiş prezidentin fikrincə, yanlış idarəetmə davam edərsə, İslam Respublikasının süqut edə bilər. Xatəmi İranı “möhkəm ağaca” bənzədərək bildirib ki, ən güclü ağac belə ardıcıl zərbələr aldıqda yıxıla bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR