İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan Brüsselə üz tutdu: parlament seçkiləri ərəfəsində “xarici müdaxilə” həyəcanı

303 15.12.2025 15:12 Dünya A A

Ermənistan hakimiyyəti qarşıdan gələn parlament seçkiləri ərəfəsində “xarici müdaxilə” təhlükəsi ilə bağlı Avropa İttifaqından dəstək istəyib.

Musavat.com xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Məlumata görə, İrəvan Aİ-dən seçki prosesinin qorunması və mümkün xarici təsirlərə qarşı mübarizə sahəsində yardım göstərilməsini xahiş edib. Bu addım Brüsselin daha əvvəl Ermənistana “Rusiya təsirinə qarşı mübarizə” məqsədilə 15 milyon avro ayırmasından sonra atılıb.

Ekspertlər qeyd edirlər ki, bu maliyyə və siyasi dəstək Ermənistanın daxili siyasi proseslərində Aİ-nin rolunun artdığını göstərir. Rəsmi sənədlərdə konkret ölkələrin adı çəkilməsə də, erməni mediası və siyasi dairələrdə söhbətin əsasən Rusiyadan qaynaqlanan təsirlərdən getdiyi vurğulanır.

Qeyd edək ki, Ermənistanda parlament seçkiləri 2026-cı ilin yayında keçiriləcək. Analitiklərin fikrincə, İrəvanın indidən Brüsselə müraciət etməsi seçki kampaniyasının yüksək gərginlik fonunda keçəcəyinə işarə edir və ölkənin geosiyasi kursu ətrafında mübarizənin daha da kəskinləşəcəyini göstərir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR