İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan və Bakı yolları qarşılıqlı olaraq açacaq: Rubinyandan SON DƏQİQƏ açıqlaması

2981 08.08.2025 14:50 Siyasət A A

️İrəvan və Bakı yolları qarşılıqlı olaraq “suverenlik və ərazi bütövlüyü prinsipi” əsasında açacaq.

Musavat.com xəbər verir ki, bunu Ermənistanın Türkiyə ilə danışıqlar üzrə xüsusi nümayəndəsi və parlamentin vitse-spikeri Ruben Rubinyan deyib.

O, Vaşinqtonda Əliyev-Tramp-Paşinyan görüşü ərəfəsində İrəvanın hansı razılaşmalara hazır olduğunu açıqlayıb:

"Ermənistan ərazisindən keçən bütün yollar və infrastruktur tam şəkildə ölkənin suverenliyi və yurisdiksiyası altında olacaq. Bütün fəaliyyətlər Ermənistan qanunvericiliyinə uyğun həyata keçiriləcək;

Əgər Azərbaycana yollar açılacaqsa, eyni zamanda Ermənistan üçün də qarşılıqlı əsaslarla yolların açılması təmin ediləcək;

Mövcud narahatlıqlar isə əlavə rəsmi açıqlamalar verildikdən sonra aradan qaldırılacaq".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR