İrəvanda bir qrup deputat və vətəndaş Kafedral kilsənin ətrafında “canlı sədd” formalaşdırıb.
Musavat.com xəbər verir ki, aksiya Ermənistan parlamentinin deputatları, sabiq prezident Robert Koçaryanın oğlu Levon Koçaryan, Ermənistan parlamentinin vitse-spikeri, Daşnaksütyun Partiyasının sədri İşxan Saqatelyan və Narek Karapetyanın iştirakı ilə keçirilib.
Aksiya iştirakçıları bildiriblər ki, məqsəd baş nazir Nikol Paşinyanın tərəfdarlarının kilsə ərazisinə daxil olmasının və müqəddəs məkanın təhqir olunmasının qarşısını almaqdır. Bunun üçün onlar kilsənin girişləri və perimetri boyunca çiyin-çiyinə dayanaraq sakitliyə çağırış ediblər.
Məlumata görə, mümkün qarşıdurmaların qarşısını almaq məqsədilə ərazidə təhlükəsizlik qüvvələri də yerləşdirilib. Tərəflər arasında gərginliyin artmaması üçün nəzarət tədbirləri gücləndirilib.
Musavat.com






