İnsanlara hürriyət, millətlərə istiqlal!

SEPAH Oman sularında iki supertankeri vurdu: Ölən və yaralılar var

527 14.07.2026 08:52 Dünya A A

SEPAH Oman ərazi sularında Birləşmiş Ərəb Əmirliklərinə məxsus iki supertankeri vurub.

Musavat.com Tasnim Xəbər Agentliyinə istinadən xəbər verir ki, bu addımı SEPAH gəmilərin Hörmüz boğazından keçmək üçün "qaydaları pozması" ilə əsaslandırıb.

İddia olunur ki, tankerlər "ABŞ tərəfindən aldadılıb" və Oman marşrutunu seçib "identifikasiya sistemlərini söndürüblər".

Bəyanatda bildirilir ki, bu gəmilər təkrarlanan xəbərdarlıqlara məhəl qoymayıblar və "vurulub və sıradan çıxarılıblar".

BƏƏ Müdafiə Nazirliyi daha əvvəl İranın Hörmüz boğazı yaxınlığında iki neft tankerinə qanadlı raketlərlə zərbələr endirdiyini bildirib.

Hücum “Mombasa” və “Əl-Bahiyah” tankerləri Omanın ərazi sularından keçərkən baş verib.

“Mombasa”da bir heyət üzvü həlak olub, daha səkkiz nəfər yaralanıb, onlardan dördünün vəziyyəti ağırdır. Yaralananlar arasında altı Hindistan vətəndaşı və iki Ukrayna vətəndaşı var.

Nazirlik bildirib ki, bir heyət üzvünün ölümünə və səkkiz nəfərin yaralanmasına səbəb olan hücum "beynəlxalq hüququn ciddi şəkildə pozulması"dır. Bəyanatda vurğulanıb ki, BƏƏ bu eskalasiyaya cavab vermək və ərazisini, əhalisini və sakinlərini qorumaq üçün bütün zəruri tədbirləri görmək hüququnu özündə saxlayır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR