Bu gün Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə iyul ayının pensiyaları ödənilib.
Naxçıvan Dövlət Sosial Müdafiə Fondu da muxtar respublika üzrə bu ayın pensiya ödənişi yekunlaşdırııb.
Digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin iyul ayı üzrə pensiyaları da bu ay qrafik üzrə ödəniləcək. /Yeni Sabah






