İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail bu ölkələri Qəzzaya buraxmayacaq

1218 28.01.2026 10:49 Siyasət A A

İsrail Qəzza zolağında Fələstin dövlətinin yaradılmasına icazə verməyəcək.

Musavat.com xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu yerli televiziya kanalları tərəfindən yayımlanan mətbuat konfransında vurğulayıb:

"Qəzzada Fələstin dövlətinin yaradılmasına icazə verəcəyimiz barədə açıqlamalar eşitmişəm. Bu, baş verməyib və olmayacaq”.

O əlavə edib ki, İsrail "zolaq silahsızlaşdırılana və radikal HƏMAS hərəkatı tərksilah edilənə qədər Qəzzanın bərpasına", eyni zamanda anklavda Türkiyə və Qətər qoşunlarının olmasına icazə verməyəcək: "İsrail İordan çayından Aralıq dənizinə qədər bütün ərazi üzərində təhlükəsizlik nəzarətini saxlayacaq və bu, Qəzza zolağına da aiddir".

Netanyahu qeyd edib ki, 26 yanvarda sonuncu girov Ran Qvilinin qalıqlarının Qəzzadan qaytarılmasından sonra İsrail "radikallara qarşı əməliyyatın qalan iki vəzifəsini - HƏMAS-ın tərksilah edilməsi və Qəzzanın silahsızlaşdırılmasını" tamamlamağa diqqət yetirir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR