İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail dronu SEPAH-ın aparıcı fiqurunu Tehranda öldürdü

1183 10.03.2026 21:38 Dünya A A

İranın paytaxtı Tehranda SEPAH-ın Aerokosmik Qüvvələrinin aparıcı şəxslərindən biri hesab olunan Məcid Kaşefi öldürülüb.

Musavat.com xəbər verir ki, məlumatlara görə, Kaşefi şəhərdə avtomobili ilə hərəkətdə olarkən İsrailə məxsus pilotsuz uçuş aparatının zərbəsinə məruz qalıb.

Bildirilir ki, hücum nəticəsində avtomobilə birbaşa zərbə endirilib və SEPAH rəsmisi hadisə yerində həlak olub. Hadisənin Tehranın hansı rayonunda baş verdiyi barədə hələlik dəqiq məlumat açıqlanmayıb.

Qeyd olunur ki, Məcid Kaşefi İranın İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrində əsas fiqurlardan biri hesab olunurdu və raket proqramı ilə əlaqəli fəaliyyətlərdə iştirak etdiyi bildirilir.

Hadisə ilə bağlı İran rəsmiləri hələlik rəsmi açıqlama verməyib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR