İnsanlara hürriyət, millətlərə istiqlal!

SENSASİYA: Köçəryan Bakıya məlumat ötürüb, 100 erməni hərbçisi məhv edilib

1199 05.06.2026 15:05 Siyasət A A

"Minval Politika" nəşri Birinci Qarabağ müharibəsi dövrünə aid indiyədək məlum olmayan bir hadisəni gündəmə gətirib.

Musavat.com xəbər verir ki, nəşrin mənbələrinə görə, Robert Köçəryan Azərbaycan tərəfinə məlumat sızdırıb və nəticədə 100-ə yaxın erməni hərbçisi mühasirəyə düşərək məhv edilib.

Ermənistanda seçkiqabağı siyasi vəziyyət getdikcə daha da gərginləşir. Silahlı və maskalı şəxslərin artıq açıq şəkildə baş nazir Nikol Paşinyanı ölümlə hədələdiyi bildirilir. Heç kim səsvermə günü və ondan sonrakı dövrdə ölkədə ciddi qarşıdurmaların baş verməyəcəyinə təminat verə bilmir. Ermənistanda siyasi terror ənənələrinin dərin köklərə malik olduğu vurğulanır. Terrorçuların xatirəsinə abidələr ucaldıldığı, onların adlarının küçələrə və hərbi təhsil müəssisələrinə verildiyi qeyd edilir.

Məqalədə bildirilir ki, bu gün revanşist düşərgənin əsas simalarından biri olan Robert Köçəryan siyasi proseslərdə əsas təhlükə mənbələrindən biri hesab olunur. Müəlliflər onun hakimiyyət uğrunda mübarizədə zorakılıqdan istifadə etdiyini qeyd edirlər.

Nəşr yazır ki, hələ 1992-ci ildə Qarabağ separatçılarının ilk liderlərindən olan Artur Mkrtçyanın ölümündə Köçəryanın roluna dair müxtəlif şayiələr yayılıb.

İddialara görə, o, əvvəlcə Xankəndidə, daha sonra isə İrəvanda siyasi mövqelərini gücləndirmək üçün rəqiblərini sıradan çıxarmağa çalışıb.

Məqalədə həmçinin 1997-1998-ci illərdə Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın hakimiyyətdən uzaqlaşdırılması ilə nəticələnən siyasi proseslərdə Köçəryanın əsas fiqurlardan biri olduğu vurğulanır. Həmin dövrdə baş verən siyasi qətllərlə bağlı müxtəlif iddiaların mövcud olduğu qeyd edilir.

1999-cu ildə Ermənistan parlamentində törədilən silahlı hücum da məqalədə xatırladılır. Nəşr həmin hadisədə Köçəryanın mümkün iştirakı barədə müxtəlif versiyaların mövcud olduğunu yazır. Həmin terror aktı nəticəsində parlament sədri Karen Dəmirçyan və baş nazir Vazgen Sarkisyan daxil olmaqla bir sıra yüksək vəzifəli şəxslər öldürülüb.

Bundan başqa, 2008-ci ilin martında İrəvanda etiraz aksiyalarının zorakılıqla dağıdılması, eləcə də digər hadisələr fonunda Köçəryanın adı müxtəlif mübahisəli proseslərlə əlaqələndirilir.

"Minval Politika"nın yazdığına görə, hazırda Bakıda həbsdə olan erməni hərbi cinayətkarlarının ifadələrində Birinci Qarabağ müharibəsi dövrünə aid diqqətçəkən məlumatlar yer alıb.

Məlumata görə, 1992-1993-cü illərdə Ağdərə-Kəlbəcər istiqamətində keçirilən əməliyyatlardan biri zamanı Köçəryanla Ermənistan Müdafiə Nazirliyi arasında fikir ayrılığı yaranıb.

Mənbələrin bildirdiyinə görə, Köçəryan öz mövqeyini sübut etmək məqsədilə təxminən 100 erməni hərbçisinin Azərbaycan qüvvələri tərəfindən mühasirəyə alınmasına şərait yaradıb. Hətta həmin məlumatın əvvəlcədən Azərbaycan tərəfinə ötürüldüyü iddia olunur.

Məqalə müəllifləri bildirirlər ki, bu hadisənin təfərrüatları ayrıca materialda açıqlanacaq.

Nəşr həmçinin qeyd edir ki, hazırda Ermənistanda seçki kampaniyası fonunda Köçəryan özünü qəhrəman kimi təqdim etməyə çalışır. Məqalədə xatırladılır ki, 2020-ci ildə müharibə başlayarkən o, fəal iştirak etməyib və daha əvvəl verdiyi bəzi vədləri yerinə yetirməyib.

Yazıda qeyd olunur ki, Köçəryan müharibə zamanı Moskvaya gedərək mühüm danışıqlar aparacağını bəyan etsə də, sonradan onda koronavirus aşkarlandığı açıqlanıb.

"Minval Politika" sonda bildirir ki, Köçəryanın seçkilərdə məğlub olacağı təqdirdə Ermənistanda yeni siyasi qarşıdurmalar və ya inqilab ehtimalı ilə bağlı bəyanatları ölkədə gərginliyi daha da artırır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR