İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail Livanın cənubunda Hizbullah-ın yeraltı obyektini məhv edib

378 29.06.2026 09:25 Dünya A A

İsrail ordusu Livanın cənubunda Hizbullahın silahlı qrupları tərəfindən istifadə edilən böyük bir yeraltı obyekti məhv edib.

Musavat.com xəbər verir ki, məlumat İsrailin Baş naziri Binyamin Netanyahu və Müdafiə naziri İsrael Katzın birgə bəyanatında yer alıb.

Obyektin Livanın cənubundakı Məcdəl Zun kəndi yaxınlığında yerləşdiyi bildirilib: "Uzunluğu 200 metrdən və dərinliyi 25 metrdən çox olan tuneldə yüzlərlə silah və İsrail dövlətinin ərazisinə və onun vətəndaşlarına zərbə endirmək üçün nəzərdə tutulmuş bir neçə buraxılış qurğusu var idi".

Bəyanatda vurğulanır ki, "İsrail bu əməliyyat barədə ABŞ-a və Livandakı Amerika nümayəndəsinə əvvəlcədən məlumat verib": "İsrail Müdafiə Qüvvələrinin döyüşçüləri və komandirləri Livanın cənubundakı təhlükəsizlik zonasında qalacaq və terror infrastrukturunu məhv etməyə, İsrailin şimal icmalarına təhdidləri aradan qaldırmağa və İsrail vətəndaşlarının təhlükəsizliyini qorumağa davam edəcəklər".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR