ABŞ və İran arasında əldə edilən çərçivə sazişi İsrail qoşunlarının Livandan çıxarılmasını əhatə etmir.
Musavat.com Axios-a istinadən xəbər verir ki, bunu yüksək vəzifəli ABŞ rəsmisi 15 iyunda jurnalistlər üçün keçirilən xüsusi telefon brifinqi zamanı deyib:
"Çıxarılma müqavilənin şərti deyildi".
O, İsrail qoşunlarının Livandan çıxarılmasının Tehranın Vaşinqtonla anlaşma memorandumu imzalaması üçün şərtlərdən biri olub-olmadığı ilə bağlı suala cavab olaraq bildirib:
"Saziş atəşkəsdir. Və bu, birtərəfli atəşkəs olmayacaq. Yəni, əgər İran Hizbullah-ı idarə edə bilmirsə, onlar İsrail şəhərlərinə hücum edirlərsə, İsrailin özünü müdafiə etmək və cavab vermək hüququ olacaq".
Musavat.com






