İnsanlara hürriyət, millətlərə istiqlal!

İtaliya parlamenti Ukraynaya yardımın davamına qərar verdi

525 16.01.2026 08:57 Siyasət A A

İtaliya Parlamenti 2026-cı ilin sonuna qədər Ukraynaya yardımın davam etdirilməsi ilə bağlı qətnaməni təsdiqləyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, müdafiə naziri Guido Crosettonun Nazirlər Kabineti tərəfindən qəbul edilmiş müvafiq fərmanı təqdim etməsindən sonra səsvermə əvvəlcə aşağı palatada, daha sonra isə yuxarı palatada (Senat) keçirilib və hər iki palatada təsdiqlənib.

İtaliya Qardaşları, Forza Italia və Liqa partiyalarını əhatə edən hakim çoxluq tərəfindən təklif edilən qətnamədə hökumətin "NATO, Avropa Birliyi, G7 ölkələri və beynəlxalq müttəfiqlərlə koordinasiyalı şəkildə Ukraynaya dəstəyi davam etdirmək, əhalinin qorunmasına, vacib infrastrukturun və nəticədə Avropa qitəsinin ümumi təhlükəsizliyinə töhfə vermək" öhdəliyini götürdüyü bildirilir.

 

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR