İnsanlara hürriyət, millətlərə istiqlal!

Kadırovlar ailəsinin ölümcül yol tarixçəsi

1579 17.01.2026 19:15 Dünya A A

Jurnalistlərin araşdırmasına görə, Ramzan Kadırovun yaxın qohumlarının iştirakı ilə baş verən yol-nəqliyyat hadisələri illər üzrə davam edən təhlükəli tendensiyadır. Son olaraq Adam Kadırovun adı hallanan qəza bu silsilədə azı dördüncü ağır hadisə kimi qeyd olunur.

Musavat.com xəbər verir ki, müşahidələrə əsasən, Kadırov soyadı ilə bağlı qəzaların bir çoxu insan tələfatı ilə nəticələnsə də, hüquqi məsuliyyət məsələsi açıq qalır.

20 iyul 2025-ci il, Qroznı

Ramzan Kadırovun bacısı oğlu, Çeçenistan Hesablama Palatasının rəhbəri Yasin Zakriyev avtomobili ilə iki azyaşlı uşağı olan ailənin mindiyi maşına çırpılıb. Qəza nəticəsində hər iki valideyn həlak olub, uşaqlar isə ağır xəsarətlər alıblar. Hadisə ilə bağlı Zakriyevə qarşı cinayət işi açılmayıb. 

5 dekabr 2018-ci il gecəsi, Qroznı

Həmin dövrdə Şali rayonunun rəhbəri olan, Ramzan Kadırovun əmisi oğlu Turpal-Əli İbrahimovun iştirakı ilə baş verən qəza iki nəfərin - azyaşlı qız və onun anasının ölümü ilə nəticələnib.

2008-ci ilin mayı 

Kadırovun 13 yaşlı bacısı oğlu Turpal-Əli dünyasını dəyişib. Rəsmi açıqlamada ölüm səbəbi “uzun sürən xəstəlik” kimi göstərilib. Lakin “Regnum” agentliyinin mənbələri bildiriblər ki, yeniyetmə 2007-ci ildə yol qəzasında xəsarət alıb və Almaniyada uzunmüddətli müalicə keçib. Bundan əvvəl yerli televiziya onun 9 yaşında nömrəsiz avtomobillə Çeçenistan kəndlərində maşın sürdüyünü nümayiş etdirmişdi.

Məsələni araşdıran jurnalistlərin qənaətinə görə, Kadırov soyadı hallanan bu hadisələrdə yol hərəkəti qaydaları və Cinayət Məcəlləsi sanki kənarda qalır. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR